Accessibility links

Prezident Obama səhiyyə islahatları planını Konqresdə yenidən keçirməyə çalışır


Prezident Obama səhiyyə islahatları planını Konqresdə yenidən keçirməyə çalışır
Prezident Obama səhiyyə islahatları planını Konqresdə yenidən keçirməyə çalışır

<!-- IMAGE -->

ABŞ prezidenti Barak Obama keçən il səhiyyə islahatlarına dair qanunvericiliyin hazırlanması baş tutmayandan sonra indi yenidən Konqres vasitəsilə planın təsdiq edilməsinə çalışır.

Bu gün Amerika xalqına radio və internetdə yayımlanan həftəlik müraciəti zamanı cənab Obama hər iki siyasi partiyanın üzvlərini gələn həftə məsələ ilə bağlı müzakirələrdə bir olmağa çağırıb.

O deyib ki, bu iclas hökumətin bir problemi həll edə bilməsi deyil, hər hansı bir problemi həll edə bilməsi üçün bir testdir.

Respublikaçılar inkişafa dair şübhələrini ifadə ediblər. Partiyasının adından müraciəti zamanı Miçiqan ştatından konqresmen Deyvid Kamp demokratları yeni qanunu gizli olaraq hazırlamaqda ittiham edib.

XS
SM
MD
LG