<!-- IMAGE -->ABŞ
dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların Yəmən hökuməti ilə şiə
yaraqlıları arasında əldə olunmuş atəşkəsi müsbət qarşıladığını bildirib, lakin
o, döyüşlər nəticəsində didərgin düşmüş insanlar barədə narahatlığını izhar
edib. Bu gün açıqlanan bəyanatda Klinton bütün tərəfləri təmsil edən və artıq
barışıq və yendənqurma prosesinə başlayan vasitəçi komitənin apardığ işi xüsusi
vurğulayıb. O deyib ki, Birləşmiş
Ştatlar ölkədə humanitar yardımın vəziyyətindən narahatdır və Amerika keçən
ildən bəri evlərindən didərgin düşmül yəmənlilərə 19.3 milyon dollarlıq yardım
edib. O, digər donor ölkələri də beynəlxalq yardım agentliklərini dəstəkləməyə
çağırıb.