Ukrayna prezident seçkilərinin qalibi Viktor Yanukoviç deyir ki, o, Rusiya ilə dost münasibətləri bərpa etməkdə qətidir. Rusiya dövlət televiziyasına müsahibədə cənab Yanukoviç bildirib ki, o, bir sıra məsələləri, o cümlədən Rusiyanın Sevastopol şəhərindəki donanma bazasının lisenziyasını uzatmağı yenidən nəzərdən keçirəcək. Cənab Yanukoviç Rusiyanın Qara Dəniz donanmasının Ukraynada 2017-ci ildən sonra qala biləcəyini istisna etməyib. Bu iki ölkə son illərdə donanmanın qalma hüququ ilə bağlı bir-birlərinə qarşı ittihamlar irəli sürüblər. Başqa ixtilaf nöqtəsi Ukraynanın NATO-ya daxil olmaq yönümündəki addımlarından qaynaqlanır. Cənab Yanukoviç aydın edib ki, Qərblə münasibətlərin çərçivəsini genişləndirmək planı yoxdur və əgər Ukrayna nə vaxtsa NATO üzvü olmaq istəyərsə, bu, referendum vasitəsilə müəyyən ediləcək.