Accessibility links

İraqda dünyəvi koalisiya seçkiləri baykotla hədələyir


Iraqın aparıcı dünyəvi koalisiyası bildirir ki, onun bir neçə namizədi vaxtikən Səddam Hüseynin başçılıq etdiyi Bəs partiyası ilə əlaqəsi olduğuna görə seçkilərdən kənarlaşdırıldığı üçün, koalisiya martın 7-də keçiriləcək parlament seçkilərində kampaniya aparmayacaq. İraqın keçmiş baş naziri İyad Ələvi bu gün deyib ki, namizədlərin seçkilərdə iştirakının qadağan edilməsi ölkədə siyasi ab havanı bir qədər də korlaya bilər. Seçkilərdə namizəd qismində iştirak etmələrinə qadağa qoyulanların arasında tanınmış sünni siyasətçilər Saleh Əl Mutlak və Zaver Əl-Ani də var. Təhlilçilər bildirirlər ki, bu qadağalar çoxluq təşkil edən şiələr və azlıqda olan sünnilər arasındakı münasibətləri kəskinləşdirə bilər. Bu arada İraqın səhhiyyə xidmətinin rəsmiləri bildirirlər ki, Kufə şəhərində baş verən bir neçə bomba partlayışı nəticəsində azı altı nəfər həlak olub və azı 35 nəfər isə yaralanıb.
XS
SM
MD
LG