Accessibility links

Respublikaçılar terror şübhəlilərini hərbi tribunala çıxarmaq istəyir


ABŞ Respublikaçıları 2001-ci il 11 sentyabr hücumlarının təşkilatçısı və onun silahdaşlarının hərbi tribunal tərəfindən mühakimə edilməsinə çağırırlar. Respublikaçıların həftəlik radio müraciətində senator Lindsi Qraham ABŞ prezidenti Barak Obamanın beş terror şübhəlisini Nyu York şəhərində mühakimə etmək qərarını "böyük səhv" adlandırıb. Obama administrasiyasının terror şübhlilərini mülki məhkəmədə mühakimə etmək barədə qərarı həm Respublikaçılar həm də Demokratlar tərəfindən artan müqavimətlə üzləşir. Obama administrasiyası şübhəliləri hərbi tribunal qarşısına çıxarmağı istisna etməyib. Senator Qraham bildirib ki, Əl Qaida terrorçularına ABŞ vətəndaşlarına məxsus olan hüquqlar verilməməlidir.
XS
SM
MD
LG