Accessibility links

İraqda seçki kampaniyasına start verilib


İraqda 7 mart ümummilli seçkilər üçün təbliğat-təşfiqat kampaniyasına bu gün start verilib. Bu gün Bağdad küçələrində ilk kampaniya plakatları yerləşdirilib. Təbliğat-təşfiqat kampaniyası keçmiş İraq lideri Səddam Hüseynin Bəhs partiyası ilə əlaqəsi olmaqda ittiham edilən bəzi sünni namizədlərin seçkilərdə iştirakına qadağa qoyulması ətrafında gərginlik yaranan zaman başlayıb. İraqın şiələrin nəzarətindəki hökuməti keçmiş Bəhsçiləri yüksək vəzifələrdən kənarlaşdırmağa çalışır. Analitiklər deyir ki, bu səylər şiələr və sünnilər arasısında gərginliyi yenidən artıra bilər.
XS
SM
MD
LG