Accessibility links

Ekspert Azərbaycanda 25 faiz gizli iqtisadiyyat olduğunu deyir 


İqtisadi ekspert Oqtay Haqverdiyev “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, rəsmi rəqəmlərə görə ölkədə 11 faiz yoxsul əhali var. Ancaq rəsmi rəqəmlər reallığı əks etdirmir. “Rəsmi rəqəmlərə görə, yalnız 6 faiz işsizlik var. Amma müstəqil ekspertlər işsizliyin 10 faiz olduğunu bildirir”.
Ekspert Azərbaycanda gizli iqtisadiyyatın 25 faiz təşkil etdiyini iddia edir. “Gizli iqtisadiyyatdan əldə edilən gəlirlər də əhali arasında bölünür. Məhz bu səbəbdən etirazlar qeydə alınmır”.
O əhalinin əmək haqlarının, pensiyaların artırılmasına ciddi ehtiyac duyulduğun bildirib.

XS
SM
MD
LG