Accessibility links

İran lideri yüksək dərəcədə uran zənginləşdirildiyini açıqlayıb


İran prezidenti Mahmud Əhmədinejad deyir ki, onun ölkəsi prosesə başladıqdan iki gün sonra 20 faiz zənginləşdirilmiş uran hasil edib.

Cənab Əhmədinejad bu açıqlamanı İslam İnqilabının ildönümünün qeyd edildiyi nümayişdə verib.

İran bildirir ki, uran yüksək dərəcəyə tibbi tədqiqat reaktorunda zənginləşdirilib.

Lakin Qərb qüdrətləri narahatdırlar ki, İranın uran zənginləşdirmə qabiliyyəti onun atom bombasına yiyələnməsinə yol aça bilər.

İran prezidenti ölkəsinin nüvə silahı istəmədiyini deyərək vurğulayıb ki, zənginləşdirmə prosesinə Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən nəzarət olunur.

ABŞ və başqa dünya dövlətləri İrana qarşı nüvə fəaliyyətinə görə dördüncü dəfə BMT sanksiyalarının tətbiq edilməsinə çalışırlar.

XS
SM
MD
LG