İran nüvə proqramını inkişaf etdiyi bir vaxt ABŞ prezidenti Barak Obama İran hökumətinə qarşı yeni ciddi sanksiyalar paketinin hazırlandığını elan edb. Cənab Obama deyib ki, Tehran nüvə silahı istehsalına gətirib çıxara bilən bir proqram üzərində işləyir.
Prezident Obamanın bildirdiyinə görə, İrana qarşı yeni sanksiyaların hazırlanması prosesi sürətlə gedir.
"Biz gələn bir neçə həftə ərzində onların beynəlxalq ictimaiyyətdən nə qədər təcrid olunduqlarına işarə edən mühüm sanksiylar paketi üzərində işləyəcəyik."-deyə o bildirib.
Prezident Obama bunları İranın uranı daha yüksək səviyyədə zənginləşdirəcəyini elan etməsindən bir neçə saat sonra Ağ Evdə əvvəlcədən elan edilməmiş brinfinq zamanı söyləyib. Tehran hökuməti nüvə proqramının dinc mahiyyət daşıdığını deməyə israr edir.
Cənab Obama bildirib ki, İran belə görünür, onun münasibətlərin yaxşılaşdırılması təklifini rədd edir.
Keçən il Beynəlxalq Atom Enerjisi agentliyi İranın özünün az səviyyədə zənginləşdirdiyi uranı prosesdən keçirilmək üçün xarici ölkəyə göndərməsi haqda təkliflə çıxış etmişdi.Bu urandan sonra tibbi izotopların istehsalında istifadə edilməliydi.
Cənab Obama bildirib ki, Tehran qarışıq siqnallar göndərir, lakin aydındır ki, təklifi qəbul etmir. Onun sözlərinə görə, bu, İranın urandan hərbi məqsədlələr istifadə etmək istədiyinə işarədir. "Bu, bizə onu göstərir ki, onların nüvə proqramının yalnız mülki məqsədlərə xidmət etdiyini deməsinə baxmayaraq, əslində, onlar silahlanmaya gətirib çıxaran bir kurs götürməyə davam edirlər."-deyə o bildirib.
ABŞ və Fransa bildirib ki, İranın hərəkətləri onların BMT-nin Təhlükəsizlik Şurasında sanksiyaların dördüncü paketinin hazırlanması səylərini intensivləşdirməsindən başqa seçim qoymur. Çin əvvəllər İrana qarşı belə sanksiyaların əleyhinə çıxmışdı.
Prezident Obama deyib ki, diplomatiya üçün hələ yer qalır. "Biz indi əminik ki, beynəlxalq ictimiayyət İranın bu sahədə özünü düzgün aparmadığı məsələsində birləşib. Biz sanksiyaların qəbul edilməsinə çalışdığımız zaman Çinin Təhülkəsizlik Şurasında necə fəaliyyət göstərməsini indi baxıb görəcəyik." deyə prezident Obama bildirib.
Sanksiyaların əleyhinə çıxan Rusiya da bildirir ki, uranın zənginləşdirilməsinə dair yeni plan İranın məqsədlərindən şübhələnməyə əsas verir.
Cənab Obama Moksvanın mövqeyini dəyişməsindən razı qaldığını bildirb. "Fikrimcə, onlar tamamilə aydın görürlər ki, İran İranla beynəlxalq ictimiayyət arasında həlli mümkün olan mübahisənin həllinə ciddi yanaşmır."-deyə ABŞ prezidenti bildirib.
Prezident Obama yeni sanksiyaların həyata keçirilməsi üçün müəyyən vaxt göstərməyib.