NATO-nun Əfqanıstandakı yüksək səviyyəli komandirləri Talibanın nəzarəti altındakı Helmənd vilayətinin sakinlərini koalisiya qüvvələrinin keçirəcəkləri genişmiqyaslı əməliyyatlara müdaxilə etməməyə çağırırlar. Bu gün Britaniyanın sabiq səfiri Mark Sedvill vilayətin cənubundakı Mərjah bölgəsinin yerlərini tərk etməyən sakinlərinə xəbərdarlıq edib. O deyib ki, burada qalan əhali ərzaq və yaşamaq üçün yerlə təmin ediləcək.
Qeyd edək ki, Talibanın nəzarətindəki 80000 əhalisi olan Mərjah tiryəyin ən çox yetişdirildiyi bölgədir. Bölgənin bəzi sakinlərinin artıq ərazini tərk etdiyi, Taliban yaraqlılarının isə döyüşlərə hazırlaşdıqları bildirilir.