Accessibility links

Rusiyanın baş generalı ABŞ-ın raket əleyhinə planını ölkəsinə təhlükə kimi qiymətləndirir


Rusiyanın Baş Qərargahlar rəisi general Nikolay Makarov ABŞ-ın Avropada raket əleyhinə yeni müdafiə sisteminin onun ölkəsi əleyhinə yönəldiyini bildirib.

General Makarov bu açıqlamanı bu gün Moskvada televiziyada çıxışı zamanı verib. O deyib ki, Rusiya şimali və cənubi Avropada suda və quruda yerləşdirilmiş raket tutan qurğulardan ibarət şəbəkənin yaradılmasını nəzərdə tutan ABŞ-ın planının əleyhinə çıxmağa davam edir.

ABŞ rəsmiləri raket əleyhinə müdafiə sisteminin Avropa və Birləşmiş Ştatları İranın hücumlarından müdafiə etdiyinə təkid edərək bildirirlər ki, bu, həm də Rusiyanı müdafiə edir. General Makarov bununla razılaşmayaraq deyib ki, rəsmi Moskva ABŞ-ın planına Rusiyanın nüvə qüdrətinin də zəiflədilməsi kimi baxır.

XS
SM
MD
LG