Dünya
liderləri İran prezidenti Mahmud Əhmədinejadın uranı zənginləşdirilmək üçün
xaricə göndərilməsi haqda təklifinə ehtiyatlı reaksiyalar verirlər. Rusiya
xarici işlər naziri Serqey Lavrov deyib ki, Rusiya İranın razılığa gəlmək
qərarını müsbət qarşılayardı. Böyük
Britaniyanın bildirdiyinə görə, bu İran üçün pozitiv işarə olar. Almaniya isə
bu gün İranı Beynəlxalq Atom Enerji Agentliyi ilə əlaqə yaradaraq sazişi rəsmən
qəbul etdiyini bildirməyə çağırıb. Təklif ilk olaraq oktyabr ayında BMT
tərəfindən irəli sürülmüşdü. Plana görə, İran özünün az zənginləşdirilmiş
uranının 70 faizini Fransa və Rusiyaya ötürməli, əvəzində isə Tehrandakı nüvə
reaktoru üçün yanacaq əldə etməlidir.