Accessibility links

ABŞ hərbi qüvvələri Haitidə humanitar missiyasını yerinə yetirir


Haitidə zəlzələdən sonra su, ərzaq və müxtəlif xidmətlərə olduqca böyük ehtiyac yarandı. Bu ehtiyacların ödənməsi üçün həm dövlət, həm də özəl sektordan böyük resurslar tələb olunur. Bəzi ölkələr ABŞ hərbi qüvvələrinin zəlzələnin nəticələrinin aradan qaldırılması səylərində olduqca böyük iştirakına tənqidi münasibət bəsləyir. Lakin ABŞ rəsmiləri bildirir ki, belə böyük miqdarda yardımın və personalın təcili çatdırılması işini yalnız Amerika hərbi qüvvələri görə bilərdi.

ABŞ hərbi qüvvələrinin Haitidə zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirakı presedenti olmayan bir şey deyil.

Hərbi qüvvələr 2004-cü ildə İndoneziyada sunami, 2005-ci ildə Birləşmiş Ştatlarda Katrina qasırğası və başqa təbii fəlakətlərdə yardım göstərmişdir.

Vitse-admrial Adam Robinson ABŞ hərbi dəniz qüvvələrinin baş cərrahıdır. O, Haitidə yaralanan insanlara yardım göstərmək üçün təcili olaraq oraya hərbi dəniz qüvvələrindən minlərlə həkim, tibb bacısı və başqa tibbi personalın göndərilməsi işini təşkil edib.

Port-o-Prens sahilində dayanmış ABŞ hərbi dəniz qüvvələrinin gəmidə xəstəxanası olan Komfort Haitidə ən böyük tibbi müəssisədir. Burada 1000-ə qədər xəstə müalicə olunur.

ABŞ hərbi qüvvələri həmçinin sahildə tibbi yardım göstərir, hava limanının funksiya göstərməsini təmin edir, dəniz limanının açılması üzərində işləyir, Haiti paytaxtı və ətraflara quru yolla və vertolyotlarla havadan yardım çatdırır.

Bu səylər adi qaydada gedir. Bəzi yerlərdə çatışmazlıqlar olmasına baxmayaraq, yardımın paylanması zamanı zorakı insidentlər və qarşıdurmalar baş verməyib.

General-leytenant Ken Kin ABŞ hərbi qüvvələrinin Haitidə yardım səylərinin komandiridir. Onun sözlərinə görə, əsgərlər haitililərə aydın bildiriblər ki, onlar buranı işğal etmək üçün deyil, onlara kömək etmək üçün ölkədədir.

Vitse-admiral Robinson deyir ki, onlar ABŞ hərbi qüvvələrinin lazım olduğundan daha artıq qala bilməsindən narahatdır. O deyir ki, ABŞ hərbi qüvvələrinin Haitidə 20-dən çox gəmi və quruda 6000 min əsgərlə apardığı əməliyyatlar İndoneziyada və dünyanın başqa yerlərində onların gördüyü işi əks etdirir.

Vitse-admiral Robinson təxmin edir ki, Haitidə 6 ayla 12 ay arasında indikindən az səviyyədə olsa da, yardıma ehtiyac olacaq.

ABŞ rəsmiləri indi təcili ehtiyacların əsas hissəsi təmin edilib yardımın çatdırılması üçün sistemin yaradıldğı bir vaxt Haitidə gələcəkdə hərbi və mülki rolu müzakirə edirlər.

Pentaqonun sözçüsü Geof Morrelin sözlərinə görə, bu, adaministrasiyada müzakirə olunan məsələdir.

Vitse-admiral Robinsonun sözlərinə görə, işi bitirməmişdən əvvəl getməyə tələsmək lazım deyil.

Hələliksə ABŞ hərbi qüvvələri Amerikanın mülki vətəndaşları, yardım işçiləri, başqa ölkələrin əsgərləri və haitililərin özlərilə ölkənin fəlakətdən sonr bərpasına yardım üçün yanaşı işləyir və bu səylər davam etdiriləcək.

XS
SM
MD
LG