Accessibility links

Əfqanıstan prezidenti Talibanı silahı qoyub sülh naminə işləməyə çağırır


Əfqanıstan prezidenti Həmid Karzai Taliban militanatlarına hökumətlə döyüşləri dayandırıb əfqan qanunlarını qəbul etmək çağırışlarını bir daha təkrar edib.

Kabildə mətbuat konfransı zamanı danışan cənab Karzai Taliban üzvlərini sülh naminə işləməyə səsləyib.

Prezident bu çağırışı Qərb müttəfiqlərilə Taliban döyüşçülərinin ekstremizmi qınadıqları halda, iş və evlə təmin edilməsinə dair əhatəli proqramı müzakirə etdikdən üç gün sonra edir.

Cənab Karzai deyib ki, o bu yaxınlarda birlik səylərini müzakirə etmək üçün aqsallar şurası olan Loya Cirgənin iclasını keçirəcək. Onun sözlərinə görə, bu proqram əl-Qaidə üzvlərinə şamil olmur.

Taliban həmişə beynəlxalq qüvvələrin ölkədən çıxarılmasını danışıqlar üçün başlıca şərt kimi irəli sürürdü. Prezident bu tələbin qeyri-real olduğunu deyir.

XS
SM
MD
LG