Accessibility links

Hillari Klinton rəsmi səfərlə Fransadadır


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Fransa rəsmiləri ilə Avropada təhlükəsizlik məsələsini müzakirə etmək üçün bu gün Parisə gedib.Bu gün Parisdə etdiyi çıxışı zamanı xanım Klinton 21-ci əsrdə yeni nailiyyətlər əldə edilməsi üçünABŞ-la Avropa əlaqələrinin daha da möhkəmləndirməli olduğunu deyib. Dövlət katibi deyib ki, terrorrizm, kibernetik hücumlar, iqlim dəyişikliyi və Avropanın enerji təhlükəsliyinə hədələr kimi məsələlərini həlli üçün yeni yanaşma tərzinə ehtiyac var. O, NATO-nun yeni vəzifələrin öhdəsindən gəlmək üçün strategiyasında dəyişikliklər etdiyini və Birləşmiş Ştatların dabu sahədə kömək üçünyollarınəzərdən keçirdiyinibildirib.

Xanım Klinton çıxışında Rusiya ilə münasibətlərə də toxunub və deyib ki, Obama administarsiyası bu keçən il ərzindəiki ölkə arasındaəldə edilən inkişaflara görə qürur hissi keçirir.


XS
SM
MD
LG