Birma məhkəməsi mühacirətdə olan
mətbuat orqanı üçün işlədiyinə görə bir jurnalisti 13 il müddətinə azadlıqdan
məhrum edib. Müttəhimin vəkili deyir ki, Nve Soe Lini Birmanın immiqrasiya və
electron kommunikasiyas qanununu pozmaqda təqsirli bilib. O, iyun ayında
İnternet kafe tərk edəndə nəzarət altına alınmış və Norveçdə qərargahlanan
Birmanın Demokratik səsi mediası üçün işləməkdə ittiham olunmuşdu. Bu arada
Birmanın demokratiya tərəfdarı lideri Aunq San Suu Kyi bildirib ki, hökumət
rəsmilərinin son şərhləri onun apellyasiya şikayətinə mənfi təsir göstərə
bilər. Daxili işlər naziri Maunq Oo keçən
həftə bildirmişdi ki, Suu Kyinin noyabr ayında azadlığa buraxılması
ehtimalı edilir. Demokratik liderin vəkili Nyan Vinin fikrincə nazirin bu
sözləri məhkəmənin son qərarına təsir göstərmək cəhdidir.