Şimali
Koreya Çindən qanunsuz sərhədi keçdiyinə görə ABŞ vətəndaşını nəzarət altına
aldığını bildirib. Şimalın rəsmi Koreya Mərkəzi Xəbərlər Agentliyinin
məlumatında deyilir ki, naməlum şəxs həftənin əvvəli sərhədi keçərkən saxlanıb.
Agentlik hazırda təhqiqat aparıldığını bildirir. ABŞ diplomatları hadisə ilə
bağlı məlumatlara malik olmadıqlarını deyiblər. Bu, sərhədi qanunsuz keçməyə görə Şimali
Koreyada saxlanılan artıq ikinci şəxsdir. Bundan əvvəl dekabrın 25-i Milad
bayramı günü saxlnmış şəxsin missioner Robert Park olduğu ehtimal edilir.