Accessibility links

Hillari Klinton Əfqanıstan prezidentinin inteqrasiya planının ölkəyə sabitlik gətirə biləcəyini deyib


Birləşmiş Ştatların Dövlət katibi Hillari Klinton Əfqanıstan prezidenti Həmid Karzayın Taliban döyüşçülərinin yenidən inteqrasiyası planının ölkəyə sabitlik və təhlükəsizlik gətirə biləcəyini deyib. Xanım Klinton bu açıqlamanı bu gün, Əfqanıstandakı müharibəyə son qoyulması yollarını müzakirə etmək üçün 70-ə qədər ölkə nümayəndəsinin Londonda keçirdiyi konfrans zamanı verib. Dövlət katibi deyib ki, münasib güzəştlərlə aşağı və orta təbəqədən olan Taliban döyüşçüləri zorakılıqlara son qoymaq istəsə və Əfqanıstan konstitusiyasının bütün maddələrini qəbul etsə, onlar Əfqanıstanda demokratik prosesin bir hissəsi ola bilərlər. O, deyib ki, Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyətin də reinteqrasiya planını dəstəkləmək üçün beynəlxalq kredit fondunun yaradılmasını dəstəkləyir.

Əfqanıstan prezidenti Həmid Karzay bundan öncəTaliban döyüşçülərinin birləşdirilməsi, onların bir araya gələrək, ev və işlə təmin edilməsi barədə planını rəsmi açıqlaşmışdı.


XS
SM
MD
LG