İran Azərbaycanlıları Azərbaycan və Türkiyə doğma baxdıqları üçün əsasən bu ölkələrə qaçırlar. Onlar bu ölkələrdə özlərinə, iş, təhsil sığınacaq, yaşama icazəsi kimi müəyyən imkanlar tanınmasını arzu edirlər
İrandan çıxan azərbaycanlılar bir neçə əsaslarla ölkəni tərk edir. Onlardan biri siyasi səbəbdir. Belə insanlar dövləti tənqid etdiklərinə görə, ölkədə qala bilmir. Belələri digər millətlər içərisində də var. Ancaq həm siyasi tənqid etmə, həm də öz mədəni hüquqlarını tələb etmələri səbəbilə İrandan qaçmaq məcburiyyətində qalan azərbaycanlıların sayı daha çoxdur. Belə fəallar ölkədə qaldıqları təqdirdə çətinliklərlə üzləşir, bəzən müxtəlif səbəblərə görə həbs olunurlar. Ona görə də belə insanlar digər ölkələrə pənah gətirir. İranın bəzi vətəndaşları isə iqtisadi səbəblərə görə ölkəni tərk edir.
İran Azərbaycanlıları Azərbaycan və Türkiyə doğma baxdıqları üçün əsasən bu ölkələrə qaçırlar. İrandan olan azərbaycanlılar bu ölkələrdə istəklərinə əməl olunmasını istəyir, özlərinə iş, sığınacaq, həmin ölkədə yaşama icazəsi kimi müəyyən imkanlar tanınmasını arzu edirlər.
Təəssüf ki, bəzən həmin ölkələrə pənah gətirən azərbaycanlılar orada da çətinliklərlə üzləşir və onlara azərbaycanlı olduqlarına görə xüsusi hüquqlar verilmir. Onlar iş və təhsil imkanları sahəsində və yaşamaq üçün yer tapmaqda çətinliklər çəkir. Təklif olunan işlər qeyri-rəsmi olur, həmin ölkələrdə belə azərbaycanlıların siyasi fəaliyyətlərinə isə bəzən icazə verilmir. Bəzi hallarda isə xüsusilə siyasi fəalların təhlükəsizliklərinə hədələr olur .
İran azərbaycanlı qaçınlar deyirlər ki, Azərbaycan və Türkiyə dövlətləri digər millətlərlə müqayisədə azərbaycanlılara daha çox imtiyazlar verməlidir.
BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı yeni problemlərə daha həssas olur. Misal üçün əgər Sudandan Somalidən qaçqınlar müraciət edəndə, BMT bəyanat açıqlayaraq onların qaçqınlıq status ilə bağlı müraciətlərinə sürətlə cavab verildiyini bildirir. Onlar Türkiyə və digər ölkələrdən üçüncü bir ölkəyə tezliklə göndərilir. Bu ölkələr, Amerika, Kanada, Avstraliya kimi ölkələr ola bilər. Bəzi İran azərbaycanlı qaçqınlar isə bu ölkələrdən gəlmiş insanlardan aylar əvvəl Türkiyə və Azərbaycana gəlmələrinə baxmayaraq onlardan daha sonra qaçqın status ala bilir. Bəzi insanlar isə üçüncü bir ölkəyə özü qaçmağa məcbur olur. Bu insanların bəziləri yolda, ölür, suda boğulur yada qanunsuz fəaliyyət göstərən şəbəkələrin qurbanı olur hansısa bir ölkəyə aparılmaq vədi ilə pullarını itirirlar.
Bu günlərdə İrandakı yaşıl hərəkatı dünya ictimaiyyətinin diqqət mərkəzində olduğuna görə BMT-nin və qaşqınların işinə baxan başqa təşkilatların nümayəndələri hərəkatda iştirakına görə İrandan çıxanlara daha çox diqqət yetirir və 3-4 ay içərisində İrandan olan siyasi qaçqınlar digər ölkələrə aparıla bilir. Türkiyə və Azərbaycana pənah gətirən İran azərbaycanlılar isə bəzən illərlə gözləmək məcburiyyətində qalır. ÇOx vaxt olnarın müraciətlərinin prosesi uzun vaxt alır. Hətta onlar qaçqınlıq statusu alandan sonra da problemlərlə üzləşir, onlara ya az, ya da heç müavinət verilmir.
BMT-nin rəsmilərinin dediklərinə görə qaçqınlıq statusu verilməsində xalqlar arasında fərq qoyulmur. Bu prosesdən keçmiş azərbaycanlıların çoxu isə deyirlər ki, Türkiyə və Azərbaycana pənah gətirən İran azərbaycanlıların müraciətlərinin nəticələnməsi daha uzun çəkir. Onlar prosesin üç ilə qədər vaxt apardığını irəli sürürlər.