Accessibility links

Əl-Qaidə ilə əlaqəsi olan qrup Bağdad mehmanxanalarına hücumların məsuliyyətini öz üzərinə götürüb


İraqda Əl-Qaidə ilə əlaqəsi olan qrup bazar ertəsi günü Bağdadda üç mehmanxanada 36 adamın ölümülə nəticələnmiş intihar hücumlarının məsuliyyətini öz üzərinə götürüb.

“İraqda islam dövləti” təşkilatının internetdə yerləşdirdiyi bəyanatda hücumlar İraq paytaxtında bomba hücumları kampaniyasının dördüncü dalğası adlandırılır.

Bomba hücumları Bağdadda qərb jurnalistləri və kontraktorların qaldığı Şeraton, Babil və Hamra mehmanxanalarının qarşısında baş vermişdi.

Üsyançı qrup habelə keçən ilin avqust, oktyabr və dekabr aylarında koordinasiya edilmiş hücumların da təşkilatçısı olduğunu bildirib.

XS
SM
MD
LG