Şri-Lankanın hazırkı prezidenti Mahinda Racapaksa
seçkilərdə qalib gələrək yenidən dövlət başçısı seçilsə də, onun əsas rəqibi səsvermənin
nəticələrini rədd edib. Şri-Lanka seçki komissiyası bu gün açıqlayıb ki, cənab
Racapaksa təxminən 58 faiz səs toplayıb. Komissiyanın məlumatına görə, onun
rəqimi keçmiş hərbi rəhbər Srat Fonseka dünən keçirilən səsvermədə seçicilərin
40 faizinin səsinə yiyələnə bilib. Bununla yanaşı, Fonseka deyir ki, seçki
nəticələri aşkar saxtakarlıqla müşayiət olunub. Məğlub namizəd prezidenti ona
qarşı sui-qəsd hazırlamaqda ittiham edib və jurnalistlərə deyib ki, iqtidar onu
məhbus etmək istəyir.