Accessibility links

Yaponiyada seçkilər ABŞ bazasının köçürülməsinə təsir göstərir


Yaponiya baş naziri Yukio Hatoyama deyib ki, cənubi Okinava adasında mer seçkilərinin nəticələri ABŞ dəniz piyadalarına məxsus bazanın relokasiyasına təsir göstərə bilər. Okinavanın Naqo şəhərinin sakinləri Futenma Hava Stansiyasının Naqoya köçüçülməsinə qarşı çıxış edən namizəd Susumu İnamineni mer seçiblər. Hazırkı mer Yoşikazu Şimabukuro bazanın adanın izdihamlı hissəsindən köçürülməsinə tərəfdar idi. Baş nazir Hatoyama nəticələrin xalqın iradəsini əks etdirdiyini deyərək müxbirlərə bildirib ki, Yaponiya bazanın oraya köçürülməsinə dair razılığı bütünlüklə yenidən nəzərdən keçirəcək. Dekabrda cənab Hatoyama aydın etmişdi ki, maya qədər o, personelin, obyektlərin və avadanlığın haraya köçürülməsinə dair qərar qəbul edəcək.
XS
SM
MD
LG