Əfqanıstan rəsmiləri bildiriblər ki, paytaxt Kabil yaxınlığında yol kənarında yerləşdirilmiş bomba partlayışı zamanı dörd əfqan əsgər həlak olub, Vardak vilayətinin qubernatoru sağ qalıb.
Rəsmilərin bildirdiyinə görə, onlar Talibanın yerli komandirini maşınların yaxınlığında həbs ediblər.
Bu arada, beynəlxaql qüvvələr Əfqanıstanın cənubunda yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində ABŞ-ın iki hərbi qulluqçusunun həlak olduğunu bildirib.
Beynəlxalq koalisiya qüvvələri habelə bildirir ki, üsyançıların Paktika vilayətində taksini atəşə tutması nəticəsində üç əfqan qadın həlak olub, iki nəfər yaralanıb. Taksi sürücüsü yaralananları NATO-nu bazasına gətirib. Onlara ilkin tibbi yardım göstərilmişdir.