Accessibility links

ABŞ keçmiş prezidenti Bil Klinton haitililərə ümid verir


Birləşmiş Ştatların keçmiş prezidenti, BMT-nin Haiti üzrə xüsusi nümayəndəsi Bil Klinton zəlzələdən zərər çəkmiş ölkəyə səfər edib. Haitidə zəlzələnin nəticələrinin aradan qaldırılması səyləri davam etdiyi zaman, minlərlə haitili ərzaq və su yardımını gözləyir.

Zəlzələdən sonra qısa müddət ərzində ABŞ Dövlət katibi Hillari Klinton, BMT-nin Baş katibi Ban Ki Mun və ABŞ-ın keçmiş prezidenti Bil Klinton Haitidə oldular. Lakin haitililərin su və ərzaqa olan ehtiyacları hələ də tam təmin olunmayıb.

"Hər şey dağılıb, hər şey. Nə hökumət var, nə prezident, nə də polis. Hər şey dağılıb."-deyə paytaxt Port-o-Prensin bir sakini bildirir.

Cənab Klinton qızı Çelsi ilə tamamilə dağlımış Port-o-Prensin xəstəxanasına baş çəkərək, insanları ruhlandıran sözlər demişdir. “Görəcəyimiz ikinci iş indi insanların yerlərdə gördüyü işdir. Onlar yardımın bölüşdürülməsi yolları və miqyasını artırmalıdır, hələ də yardıma ehtiyacı olan insanların sayı, yardım alan insanların sayından çoxdur. Amma fikrimcə, buna doğru gedirik, mən bunu artıq görürəm. Vəziyyət indi iki gün bundan əvvəllə müqayisədə daha yaxşıdır və sabah daha yaxşı olacaq.”-deyə cənab Klinton bildirmişdir.

Bu sözlər ümid verə bilər, lakin yerlərdə real vəziyyət fərqlidir. Şəhərin ətrafında salınmış bir çox çadır düşərgələrində ümid və ümidsizlik əhval-ruhiyyəsi bir-birinə qarışıb.

Düşərgə sakinlərindən biri deyir ki, Haiti xalqı onun köməyə gəldiyinə inanır. “Biz küçələrdə yaşayırıq və heç nəyimiz yoxdur, ona görə ümid edirik ki, o bizə kömmək etməyə gəlib.”-deyə o bildirir.

Cənab Klintonun sözlərinə görə, yardım gəlir və ölkəyə yüksək səviyyəli nümayəndələrin gəlişi ilə hava limanında evakuasiya olmaq üçün növbəyə dayanmış insanlarda da bir nikbinlik hissi var.

Port-o-Prens sakinlərindən biri deyir ki, dünya liderlərinin Haitiyə gəlməsi onların bir araya gəlib ölkəni bərpa edib iqtisadiyyatın dirçəlişinə kömək edə bilər. “Ümid edirik ki, onun gəlişi və başqa prezidentlərin gəlişi ölkəni bərpa etməyimizə kömək edəcək.”

Lakin iqtisadiyyatın dirçəlişinə nail olmaq uzun sürəcək və zəlzələdən yeddi gün keçəndən bəri hələ də insanların ən əsas ehtiyacları təmin etmək çox çətindir.

Bu Port-o-Prens sakini isə deyir ki, prezident Klintonun gəlişi hər şeyi dəyişdirək. “Bizə Haiti hökuməti lazım deyil, bizim Amerika xalqının köməyinə ehtiyacımız var.”

Cənab Klinton onların köməyə həqiqətən də ehtiyacı olduğunu təsdiq edir.

XS
SM
MD
LG