Accessibility links

BMT Haitiyə əlavə qüvvələr göndərməyi planlaşdırır


BMT Təhlükəsizlik Şurasının bu gün zəlzələnin viran qoyduğu Haitiyə sülhü təmin etmək üçün əlavə 3500 əsgər və polis göndərmək barədə qərar qəbul edəcəyi gözlənilir. Bu arada Haitiyə beynəlxalq yardım axışmaqda davam edir. Artıq 2200-ə yaxın dəniz piyadası USS Bataan gəmisinin tərkində Karib dənizi ölkəsinə gəlib. General Mayor Kornel Vilson deyir ki, bu qoşunların gəlməsi ABŞ-ın ərazidəki hərbi heyətini 7000-ə çatdırır. General Vilson deyir ki, dənizdə qərargahlanan qüvvə quru ərazi ilə keçilməsi çətin olan yerlərdə müxtəlif növ əməliyyatlar apara biləcək. O, deyir ki, hərbi qüvvələrin əsas missiyası su, ərzaq paylamaq və tibbi yardım göstərməkdir. Eyni zamanda onlar evakuasiya və başqa əməliyyatlarda da kömək etməyə hazır olacaqlar.
XS
SM
MD
LG