Accessibility links

İranda 5 nəfər Allaha qarşı müharibə aparmaqda ittiham edilir


İran dekabrda hökumət əleyhinə nümayişlərin təşkilində rol oynayan 5 nəfəri məhkəmə qarşısına çıxarıb. İran dövlət telekanalının məlumatına görə, onlar müxalif silahlı qrup olan Xalq Mücahidləri ilə əməkdaşlıqda ittiham olunur. İttihamçı tərəf deyir ki, müttəhimlər Allaha qarşı müharibə aparmaqda şübhəli bilinir. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları ölüm hökmü gözləyir. Aşura günü təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfdarları arasında baş vermiş qarşıdurma zamanı 8 nəfər həlak olub.
XS
SM
MD
LG