Accessibility links

Ukraynalılar prezident seçkilərinə hazırlaşır


Ukraynada seçicilər bazar günü prezident seçkilərində səs verəcəklər. Viktor Yuşçenko hakimiyyətə 2004-cü ildə Narıncı İnqilabdan sonra gəlmişdi. Lakin onun idarəçiliyi siyasi çəkişmələr və iqtisadiyyatın tənəzzülü ilə müşayiət olunub. Rəy sorğularında cənab Yuşçenko geridə qalır. Onun beş il bundan öncə məğlub etdiyi Viktor Yanukoviç isı rəy sorğularında öndə gedir. Baş nazir Yuliya Timoşenko isə ikinci yerdə qərar tutub. Gözlənilir ki, namizədlərdən heç biri bazar günü səsverməsində əksəriyyəti qazanmayacaq, və fevralın 7-də seçkilərin ikinci raundu keçiriləcək. Cənab Yanukoviç Rusiyapərəst, xanım Timoşenko isə Qərbə meylli hesab olunur.
XS
SM
MD
LG