Accessibility links

Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə ilə diplomatik münasibətlərin yaradılmasına müsbət rəy verib


Ermənistanın Konstitusiya Məhkəməsi bir əsrdən artıq düşmənçilikdən sonra Türkiyə ilə diplomatik əlaqələrin yaradılmasının Ermənistan konstitusiyasına uyğun olduğu haqda qərar çıxarıb.

Məhkəmənin hakimi Qaqik Arutunyan bildirib ki, bu, son qərardır və parlament tərəfindən ratifikasiyaya hazırdır.

Türkiyə və Ermənistan diplomatik münasibətlərin yaradılması və sərhədlərin açılması barədə protokollara oktyabr ayında imza atmışdı. Bu, qərb tərəfindən regionda gənrginliyə son qoyulması istiqamətində tarixi bir addım kimi qiymətləndirilmişdir.

İki ölkə arasında münasibətlər ermənilərin Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında 1.5 milyon erməninin qətlə yetirildiyinə dair iddialara görə gərgin idi.

Türkiyə soyqırım iddialarını qəiyyətlə rədd edərək, ölənlərin sayının şişirdildiyini və Osmanlı imperiyası süquta uğrayan zaman çox sayda türkün də öldürüldüyünü bildirir.


XS
SM
MD
LG