Accessibility links

Google şirkəti super telefonunu bazara çıxardı


İnternet nəhəngi olan Google şirkəti özünün ilk super telefonunu müştərilərin istifadəsinə verib. Nexus One telefonu Apple şirkətinin populyar iPhon-u üçün rəqabət təşkil edir.

Telefonun əsas məziyyətlərindən biri odur ki, müştərilər onu telefon xidmətləri provayderi deyil, birbaşa şirkətdən ala bilərlər.

Google dünyada ən populyar axtarış saytıdır. Silikon vadisində yerləşən bu internet nəhəngi indi telefonlarını satır.

Nexus One sadəcə ağıllı telefon deyil. Google onu müştərilərin telefon xidmətləri provayderləri olmadan birbaşa ala bildiyi super telefon kimi təsvir edir.

Googlun istehsal menecmentinin vitse-prezidenti Mario Queros deyir ki, Nexsus İnternet şəbəkəsinin telefonla qovuşduğu yerdir.

Cibə yerləşən bu kompyuterin digər cəhətləri 3 ölçüdə visual effektlər və 5 meqa-pixel kameraya malik olmasıdır.

Nexus one həm,inin səstanıma texnologiyalarına malikdir. Bu isə istifadəçilərin öz səsilə e-mail yazmasına imkan verir.

Telefon Tayvanda yerləşən HTC şirkəti tərəfindən hazırlanıb. Google Android adlanan əməliyyat sistemi yaradır.

Nexus One Googlun Android sistemində işləyən ilk mobil cihazı deyil.

Nexus One Apple şirkətinin çox populyar iPhonu ilə rəqabət aparacaq.

Karolin Makkarti texnologiya veb səhifəsi olan CNET-in işçisidir. O, Googlun indi bazarı olduğu və Apple kimi bu sahədə təcrübəsi olduğunu düşünmədiyini deyir.

Təhlilçilərin bildirdiyinə görə, Nexus One 18 000 əməliyyatı yerinə yetirə bilir. İPhon 100000 əməliyyata malikdir.

Makkarti deyir ki, bu fərq bir qədər sonra yox ola bilər.

Bu, ilk dəfədir ki, axtarış sayı olan Google istehlak üçün cihazınə satır.

Telefon xidmətləri provayderi olmadan telefonun qiyməti 529 dollardır. Bu, ABŞ mobil telefonlar bazarında yeni konsepsiyadan xəbər verir.

Nexus telefonunun ABŞ-da müvəffəqiyyəti amerikalı müştərilərin mobil telefon şirkətlərini seçməkdən azad olmaq üçün əlavə pul verməyə hazırlıqlarından asılı olacaq.




XS
SM
MD
LG