Mətbuat xəbərlərində Tayvandakı bir şirkətin Çinin müraciətinə razılıq verildikdən sonra İrana nüvə silahları istehsalında istifadə edilə biləcək avadanlıq satdığı bildirilir.
Məlumatlarda deyilir ki, şirkət Çindən sənaye sahəsi ilə yanaşı, silah istehsalında işlədilə bilən uran istehsalı üçün təzyiq dəyişdirən avandanlığın alınması haqda İnternet vasitəsilə müraciət almışdır.
Burada deyilir ki, Tayvan şirkəti bu avandanlığı İsveçrə şirkətində almışdır.
Assoşieyted Press agentliyi Tayvandakı texnologiya şirkətinin rəhbərinə istinadən xəbər verib ki, bu avadanlıq artıq İrana göndərilmişdir.