Accessibility links

2010-cu ildə Azərbaycanda iqtisadi çətinliklər davam edəcək


İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, 2009-cu il Azərbaycan üçün iqtisadi baxımdan ağır il olub. Onun sözlərinə görə, ilk dəfə dövlət büdcəsi əvvəlki illərlə müqayisədə kəsirlə icra edilib. Metallurgiya, neft-kimya, neft emalı sənayesi və bank sektoru qlobal maliyyə böhranının təsirindən itkilərlə rastlaşdı”.
O dövlət rəsmilərinin sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid dövrünün başa çatması ilə bağlı bəyanatları ilə razılaşmır. “Təəssüf ki, özəlləşdirmə hələ başa çatmayıb, qiymət siyasət tam liberallaşdırılmayıb, rəqabət mühiti yaradılmayıb”.
Ekspert 2010-cu ildə də iqtisadi və sosial çətinliklərin davam edəcəyini düşünür. “2010-cu ilin proqnoz büdcəsi 2009-cu ilin proqnoz büdcəsindən az nəzərdə tutulub. Bu isə çətinliklərin davam edəcəyini göstərir”.

XS
SM
MD
LG