İl 2154. İnsanlar uzaq planet olan Pandorada missiya həyata keçirir. Onların məqsədi Yer Kürəsinə lazım olan qiymətsiz mineralı ələ keçirməkdir. Filmdə Siqurnia Viverin canlandırdığı Doktor Qreys Aqustinin rəhbərlik etdiyi alimlər heyəti Avatar adlanan proqram yaradır. Bu proqram planetdə yerli əhalini araşdırır.
Avatarlar 3 metrlik yerli Pandoralılara oxşayan genetik hazırlanmış vücudlardır və onlar həmin planetin mühitində yaşamaq iqtidarındadır. Polkovnik Mayls Quariçin rəhbərliyi altında Amerika qüvvələri ərazidə nəzarəti ələ keçirməyə çalışır.
Təcrübəli dəniz piyadası polkovnik Quariç Pandoradakı yerli qəbilə olan Naviyə Yer kürəsi üçün ərazi iddiası irəli sürür.
Filmin əsas xarakteri Ceyk Salli gənc əlil dəniz piyadasıdır. O, həlak olmuş əkiz qardaşı Tomu əvəz etmək üçün Pandoraya göndərilir. Tom da Avatar proqramının üzvü olub. Ceyklə Tomun genetik uyğunluqları olduğu üçün Avatarın nəzarətini öz əlinə alır.
Ceyk şüurunun Avatara köçürül məsi üçün bir müddət huşsuz vəziyyətdə qalır. O, Avatar olaraq ayıldıqdan sonra Pandora meşələrinin dərinliklərinə gedir. Bu isə belindən aşağısı iflic olmuş bir insan üçün olduqca həyacanverici bir təcrübədir. Ceykin missiyası Navi qəbiləsinə daxil olaraq polkovnik Quariçə məlumat göndərməkdir.
Ancaq o, Navi tayfasının prinsesi Naytiriyə aşıq olur və plan baş tutmur. O, Navilərin Pandoraya mənəvi bağlılığını anlayır. Belə ki Ceyk bu planeti insanların işğalından və Navi qəbiləsini də genosiddən qorumağa özünə söz verir.
Ceyk Salli rolunu Sam Vorsinqton oynayır: “Burada herşey bir biri ilə bağlıdır. Filmdəki mənzərələr məftunedicidir”.
Prinses Naytiri rolunu isə aktrisa Zoe Seldana canlandırır. Onun sözlərinə görə, komputer əsaslı şəkilləri yaratmaq üçün Ceyms Kameronun istifadə etdiyi texnika əvvəlki filmlərdən tamamilə fərqlidir.
Titanikin rejisoru Ceyms Kameron yenidən iddialı bir film çəkib. Film 250 milyon dollara başa gəlib: “Bəlkə də Navi bizim özümüzün yaxşı tərəfidir, bəlkə onlar bizim özümüzdü itirdiyimizi bildiyimiz və geri almaq istədiyimiz bir şeydir. Bu mənim üçün belədir və filmdə bu əsasdadır. Filmə baxanda onlar kimi olmaq istəyirsən”.
AVATAR vertual film təcrübəsidir. Presedenti olmayan texnologiya bizi fiziki və emisonal baxımdan Pandora dünyasına aparır. Kameronun ətraf mühitə dair mesaji isə filmdəki ədalətsiz müharibələr və genosidlərdə özünü göstərir. Titanikdən 12 il sonra Avatar Kameronun ikinci uğuru hesab olunur. Ancaq direktorun nəzərində bu film insanlığın mənəvi dirçəlişi barədə bir alleqoriyadır.