Accessibility links

Gürcüstan ictimai televiziyasında rus dilində üçüncü tele-kanal açılıb


Gürcüstanın ictimai televiziyası Moskvanın Qavqaz regionunda nüfuzunun qarşısını almaq məqsədilə rus dilində üçüncü televiziya kanalı açıb.

"Birinci Qavqaz" kanalı artıq İnternetdə yayımına başlayıb və bu ayın sonu tele efirə çıxacaq.

Gürcüstan prezidenti Mixail Saakaşvili yeni kanalı alqışlayaraq deyib ki, rus dili sərhədsiz və məhdudiyyətsiz dialoq deməkdir.

"Birinci Qavqaz" kanalının rəsmi nümayəndələri bildirilər ki, yeni kanal Rusiyanın dövlət media mənbələrindən alına bilməyən informasiya verəcək.


XS
SM
MD
LG