İranın
müxalifət lideri Mir Hüseyn Musəvi Tehran hökumətinə xəbərdarlıq edib ki, onlar
islahatlar hərəkatının qarşısını güc yolu ilə ala bilməyəcək. Musəvi şəhid olmaqdan qorxmadığını dilə
gətirib. Müxalifət veb səhifəsində
yerləşdirilən bəyanatda islahatçılar bildirir ki, İran ciddi böhran
içərisindədir. Musəvi xəbərdarlıq edib
ki, müxalifət liderlərini həbs etmək və ya öldürməklə vəziyyətin sakitləşməsinə
nail olunmayacaq. O, hökuməti 5 maddəlik
planı qəbul etməyə çağırıb. Bu plana
siyasi məhbusların azad edilməsi və yeni şəffaf seçki qanununun yaradılması
daxildir. Qeyd edək ki, son bir neçə
gündə baş verən iğtişaşlar iyun ayında Mahmud Əhmədinejadın prezident
seçkilərində mübahisəli qələbəsindən sonra ən zorakı toqquşmalardadır. Bu gün Tehranda cümə namazı zamanı sərt xətt
tərəfdarı ruhanı Ayətulla Əhməd Cənnəti hadisələrin arxasında duranların həbsinə
çağırıb.