Türkiyənin cənub şərqində kürd etirazçıları ilə polis arasında toqquşmalar baş verib. Toqquşmalara səbəb ötən həftə kürd separatçısı olmaqda şübhəli bilinən onlarla adamın evinə reyd keçirilməsi olub. Hakkari və Yusekova şəhərlərində nümayişçilər polisi daşa basmış və polis gözyaşardıcı qazdan istifadə etmişdi. Ən azı bir polis işçisi yaralanıb. Ötən cümə axşamı polisin keçirdiyi reydlər nəticəsində 31 adam, o cümlədən bir neçə şəhərin meri həbsə alınmışdı. Onlar bu yaxınlarda yasaq edilmiş kürdpərəst Demokratik Cəmiyyət Partiyasının üzvləri idi.