İNSAFƏLİ HİDAYƏT
İranın Ali Milli Əmniyyət Şurası, Qum, İsfahan və Nəcəf Abaddan başqa şəhərlərdə Ayətullah Hüseynəli Müntəziri üçün yas mərasimlərinin keçirilməsini qadağan etsə də Zəncan və başqa şəhərlərdə də əhali yas məclisləri təşkil etdi. Bildirildiyinə görə polis Zəncandakı yas məclisinə basqın etdi.
İslahatçı saytların xəbərlərinə əsasən, Qum, Nəcəf Abad və İsfahan şəhərlərində təşkil edilən yas mərasimlərində, polis ilə əhali arasında, toqquşmalar baş verib
İran parlamentində islahaçıların nəzarətindəki “Parlıman Niyuz” yazıb ki, bir yas mərasimi də Kaşan şəhərində keçirilmişdi və çoxlu adam həmin mərasimdə iştirak etmişdi. Əmniyyət məmurları yas mərasimi olan məscidin qapısına bir elan yazıb asmışdılar ki, Ali Milli Əmniyyət Şurasının qərarına əsasən, Qum, İsfahan və Nəcəf Abaddan başqa yerlərdə yas mərasimi qadağandır.
Müstəqil xəbər saytları yazır ki, əmniyyət məmurları Zəncandakı yas mərasiminin də qarşısını aldılar. Məmurlar məscidin qapısın bağlayıb, heç kimin buraya daxil olmasına imkan vermirdilər. Bu arada Zəncanda yas mərasimi üçün toplaşanlarla polis arasında toqqoşmalar olduğu bildirilir.
"Cərəs" saytı elan etdi ki Ayətullah Müntəziri üçün “Yas Mərasimi və Onun Xatirəsini Əziz Tutmaq Uğrunda Mərkəz (Sitadı)” təşkil edilib." Bu mərkəz İran hakimiyyətinin yas törənlərinin qabağını almasından təəssüfünü bildirir və Ayətullahın tərəfdarlarından isteyir ki, onun yeddisi və qırxını qeyd etsinlər.
Ayətullah Hüseynəli Müntəziri bu yaxınlarda İranın Qum şəhərində 87 yaşında vəfat etdi. Ayətullah Əli Xameneyi onun ailəsinə və tərəfdarlarına baş sağlığı versə də polis, mülki paltarlı məmurlar, əsgərlər və Bəsicilər ilə Müntəziri üçün yas tutanlar arasında toqquşmalar baş verdi. Ən ağır toqquşmaların İsfahan şəhərində olduğu xəbər verilir.