Rusiya
Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenkonun sözlərinə görə,
Birləşmiş Ştatlar və Rusiya müzakirəçiləri yeni silahlara nəzarət razılığının
əldə olunmasına yaxındır. Rusiya dövlət mətbuatı İnterfaks sözçüyə
istinadən bildirir ki, qalan bütün məsələlər bu gün ABŞ dövlət başçısı Barak
Obama və Rusiya prezidenti Dmitri Medvedyev arasındakı görüşdə həll oluna
bilər. Kopenhagen konfransına qatılan iki lider bu gün görüşürlər. Bununla yanaşı, hər iki ölkənin
nümayəndə heyətləri İsveçrənin Cenevrə şəhərində saziş barədə müzakirələrə
davam edirlər.