Accessibility links

Ayatullah Xomeyninin şəklinin yandırılmasına qarşı nümayiş keçirilib


Nümayişçilər mərhum ayatullah Xomeyninin adını səsləndiriblər. Bu nümayiş iyun ayında mübahisəli prezident seçkilərdən sonra təşkil edilmiş ən son kütləvi etiraz namayişidir. İran televiziyası keçən həftə müxalifətin təşkil etdiyi tələbə nümayişi zamanı çəkildiyi bildirilən videonu dəfələrlə nümayiş etdirib. Müxaifətin lideri və sabiq prezidentliyə namizəd Mir Hüseyn Musəvi tərəfdarlarını ayatullah Xomeyniyə hörmət etməyə və heç vaxt onun şəklini yandırmamağa səsləyib. Bazar günü nümayişdə iştirak edən tələbələr İmam Xomeyninin şəklinin yandırılmasının arxasında hökumətin durduğunu bildirərək deyiblər ki, hökumət bu yolla müxalifəti hörmətdən salmağa səy göstərir. Ayatullah Xomeyniyə simvolik rəğbət olduqca güclüdür. Onun tərəfdarları şahı hakimiyyətdən deviriblər. Mir Hüseyn Musəvini qətiyyətlə himayə etmiş Ayatullah Xomeyni 1980-ci illərdə Musəvini baş nazir təyin etmişdi. Dövlətin təşkil etdiyi bütün nümayişlərdə olduğu kimi, bugünkü nümayişdə də çıxış edənlər Amerikaya ölüm şüarları səsləndiriblər. Dövlət televiziyası nümayişi canlı yayımlayıb.
XS
SM
MD
LG