Rusiya rəsmilərinin bildirdiyinə görə, bu gün İnquşetiya respublikasında intiharçının bir qrup polisin yanında həyata keçirdiyi bomba hücumu özünün ölümü, 20 nəfərdən çox adamın isə yaralanmasına səbəb olub. İnquşetiya respublikasının Daxili İşlər Nazirliyinin rəsmiləri hücumun Nazran şəhərində yol yoxlama məntəqəsi yaxınlığında həyata keçirildini, yaralananlar arasında 10 mülki vətəndaşın olduğunu deyirlər.
Hələlik hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Rusiyanın müsəlmanların çoxluq təşkil etdiyi Şimali Qafqaz regionunda polisə və hökumət işçilərinə qarşı intiharçı və digər hücumlar həyata keçirilməkdə davam edir.