Accessibility links

Filippində qarşıdurmalar davam edir


Filippin hökuməti deyir ki, ölkənin cənubunda güclü müsəlman klanına sadiq qüvvələrlə federal qoşunlar arasında silahlı qarşıdurma olub. Prezidentin mətbuat katibi Körk Remondenin sözlərinə görə, fövqəladə vəziyyət hökm sürən cənubi Maqundanao vilayətində toqquşma zamanı itki olmayıb. O, deyib ki, dünən axşam Datu Unsay şəhərində də atışma olub. Bu ərazi noyabr ayında 23 nəfərin ölümü ilə nəticələnən seçki konvoyuna hücum baş vermiş yerə yaxındır. Güclü Ampatuan klanını çökdürmək üçün minlərlə qoşun vilayətə nəzarət edir. Ailə seçkilərlə bağlı qətliam planlaşdırmaqda ittiham olunur. Ampatuan ailəsi ilə əlaqəsi olan 68 nəfər həbs olunub.
XS
SM
MD
LG