Kopenhagendə iqlim dəyişikliyi ilə bağlı dünyada ən iri beynəlxalq konfrans öz işinə başlayıb. Qlobal istiləşmənin qarşısını almağa yönəlmiş konfransda 190-dan çox millətin nümayəndəsi iştirak edir. Bu gün başlayan iki həftəlik konfransda bir çox iştirakçılar iqlim dəyişikliyinə rəvac verdiyi inanılan karbon emissiyalarının azaldılması yollarını arayacaqlar. Yüksək rütbəli BMT rəsmisi inkişaf etməkdə olan ölkələrdən qaynaqlanan emissiyaların qarşısını almaq üçün onlara 30 milyard dollar yardım ayrılmasını təklif edib. BMT-nin iqlim məsələləri üzrə rəhbəri İvo de Bur varlı dövlətlərin vəsait ayırması haqda Avropa Birliyi tərəfindən təsdiq olunmuş təklifi təcili məsələ adlandırıb. Sammitdən öncəki danışıqlar varlı dövlətlərin yoxsul ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün yardım etmək yollarının müzakirəsi üzərində cəmləşib. Yoxsul ölkələr həmçinin varlı ölkələri tullantıların daha çox azaldılmasına səsləyib.