Accessibility links

Azərbaycanda səhm bazarında əməliyyatlar azalıb


Səhm.az Analitik Portalının rəhbəri Hafiz Babalı Azərbaycanda səhm bazarında son bir ərzində əməliyyatların 40 faiz azaldığını bildirib. Onun dediyinə görə, səhmdarların əksəriyyəti vəziyyətin stabilləşməsini gözləyir. “Seqmentlər üzrə qiymət azalmaları da baş verib. Bəzi seqmentlər üzrə qiymətlər sabit qalsa da, xüsusi azalmalar bank sektorunda baş verib. Bu sektorda qiymətlər 50 faizədək aşağı düşüb”.
Ekspert hazırda rəsmi məlumatlarda Azərbaycanda dövriyyədə 3,5 milyard nominal dəyəri olan səhmlərin olduğu bildirilir. “Amma bunun 300 milyonu bazarda alınıb-satılır. Əsas ticarət isə iri səhm sahibləri arasında baş verir və bu proses şəffaf deyil”.

XS
SM
MD
LG