Çin
bildirir ki, İranın nüvə proqramına dair mübahisələri həll etmək üçün daha çox
sanksiya deyil, danışıqlar lazımdır. Çin
Xarici İşlər Nazirliyinin sözçüsü Çin Çanqın Pekində keçirilən mətbuat konfransında
dediyinə görə, məqsəd sanksiya deyil, məsələ dialoqlar vasitəsilə həll
olunmalıdır. Bazar günü İran uranın zənginləşdirilməsi üçün Natanzda yeni 10
obyektin inşası planını açıqlamışdı. İranın nüvə agentliyinin rəhbəri Əli Əkbər
Salehi bildirib ki, bu plan Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnaməsinə
cavab mahiyyəti daşıyır.