Accessibility links

Tümen-Bakı qatarının yolunda partlayış olub


Bu gün səhər saatlarında Şimali Qafqaz dəmir yolunun Dağıstan hissəsində baş vermiş partlayış nəticəsində Tümen-Bakı qatarının lokomotivinə ziyan dəyib. Partlayıç dalğası böyük olmadığından qatar relsdən çıxmayıb və 150 metr gedəndən sonra hərəkəti dayandırmaq mümkün olub. Xəsarət alan olmayıb.
Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin mətbuat katibi Nadir Azməmmədov bildirib ki, qatar partlayışdan sonra iki saat ləngiyib və sonra Bakıya yola düşüb.
Xatırladaq ki, iki gün öncə Rusiya ərazisində Moskva - Sankt-Peterburq marşrutu ilə işləyən “Nevski ekspress” sürət qatarı partladılıb. Partlayış nəticəsində 25 nəfər ölüb, 26 nəfər itkin düşüb, 85 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

XS
SM
MD
LG