Accessibility links

Çin və Avropa Birliyi liderləri arasında sammit başa çatıb


Çin və Avropa Birliyi lideri arasında sammit Çinin valyutasıvə ətraf mühit siyasəti ilə bağlı yeni təşəbbüslər və ya güzəştlər əldə edilmədən nəticələnib. Çin baş naziri Ven Ciabao Avropa Birliyi liderinin müraciətini rədd edib. Avropa liderləri Çini ABŞ dollarını asılı saxlayan valyutaislahatlarının sürətləndirilməsinə çağırılıb. Bu gün Nancinq şəhərində danışan cənab Ven deyib ki, Çin maliyyə islahatlarında mərhələli addım atacaq. Ancaq o, hazırda Pekinin yuanın sabit saxlanmasına çalışıldığını bildirib. Çin liderinin sözlərinə görə, Pekindən yuanın mübadilə kursunu dəyişməsini tələb etmək ədalətsizlikdir.
XS
SM
MD
LG