Müsəlmanlar illik Həcc ziyarətinin son rituallarını başa catdırdıqdan sonra Səudiyyə Ərəbistanının Mədinə şəhərinə yola düşüb. Bu il 2 milyon insan Məhəmməd peyğəmbərin doğulduğu Məkkə şəhərinə toplaşmışdı. Məhəmməd peyğəmbər kimi zəvvarlar da Məkkədən Mədinəyə səfər edib.
Builki ziyarət zamanı ciddi insident qeydə alınmayıb. 2 milyon insanın toplaşdığı
mərasimdən əvvəl səlahiyyətli nümayəndələr donuz qripi virusunun yayılmaması və
təhlükəsizliyin təmin edilməsi səylərini gücləndirmişdi. Səudiyyə Ərəbistanında
artıq 4 zəvvar donuz qripi səbəbi ilə dünyasını dəyişib.