Accessibility links

BMT-nin nüvə agentliyi İranla bağlı qətnamə qəbul edib


BMT-nin nüvə agentliyi İranın nüvə fəaliyyətlərinə etimadsızlıq və artmaqda olan şübhələrlə bağlı səsvermə keçirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin icraçı heyəti bu gün Vyanada İranı bu yaxınlarda aşkar edilən uran zənginləşdirmə obyektinin tikintisini dayandırmağa çağıran qətnamə qəbul edib. Qətnamədə İran başqa gizli nüvə fəaliyyətinin olmadığını təsdiq etməyə çağırılır. Sənəd 35 üzvlü agentliyin 25 üzvü tərəfindən təsdiq edilib.

Tarixən İranın uranı zənginləşdirməyinə görə cəzalandırılmasında həvəssiz görünən Rusiya və Çin də qətnaməyə müsbət səs verən dövlətlər arasında olub. İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsgər Soltaniye qətnaməni rədd edərək, sənədin İranın nüvə silahlarına dair beynəlxalq danışıqlar atmosferinə mənfi təsir göstərdiyini deyib.


XS
SM
MD
LG