Accessibility links

İranda ən çox satılan qəzet bağlanıb


İran fəaliyyətinə qadağa qoyulmuş Bahai etiqadına məxsus məbədin şəklini nəşr etdiyinə görə, ölkənin ən çox satılan qəzetinin çapını dayandırıb. İran mətbuatının məlumatına görə, ölkə mətbuatına nəzarət edən qurum Hindistana səyahət reklamının bir hissəsi olan şəkli çap etdiyi üçün Həmşəhri qəzetini bağlayıb. İranın şiə müsəlman establişmenti Bahai etiqadını qeyri-islami hesab edir və ölkədə onun tərəfdarları həbs və edamlara məruz qalıb. İki ilə yaxındır Tehranda nəşr olunan Həmşəhri ölkənin ən çox oxunan qəzetidir.
XS
SM
MD
LG