Accessibility links

Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir


İran bildirir ki, o, eyni vaxt ərzində nüvə reaktoru üçün yanacaq əldə etdiyi təqdirdə özünün aşağı səviyyədə zənginləşdirilmiş uranını daha çox zənginləşdirmək üçün xaricə göndərməyə etiraz etməyib. Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst jurnalistlərə deyib ki, Tehran mübadilənin İran hüdudlarında baş verməsi üçün 100 faizlik təminat istəyir. İran bu günə qədər BMT-nin təklifinə müqavimət göstərib. Plana görə İran az zənginləşdirilmiş uranının 70 faizini Rusiya və Fransaya göndərməli, orada isə İranın tibbi tədqiqat reaktoru üçün yanacaq hazırlanmalıdır. Qərb dövlətləri deyir ki, İranın nüvə proqramı silah hazırlanması məqsədi güdür, ancaq Tehran bunun dinc mahiyyət daşadığını təkid edir.
XS
SM
MD
LG