Yaşmaq jurnalının keçmiş redaktoru Sima Didarda əri Əlirıza Fərşlə bir yerdə ‘ Islam inqilab əleyhinə fəaliyət ittihamı ’ ilə bir il həbs cəsasına məhkum edilib.İnsafləli Hidayətin Sima Didarla müsahibəsi
Sual: Sizə qarşı da irəli sürülən ittihamlarhəyat yoldaşınız Əlirıza Fərşiyə qarşı irəli sürülənlərlə eyni ittihamlardır, amma siz məhkəməyə etirazınızı bildirmisiniz ki, bu ittihamlar eyni olmamalıdır. Dəliliniz nədir və ittihamlar nədən ibarətdir?
Cavab: Mənə də yoldaşıma qarşı irəli sürülən ittihamlar irəli sürülüb. Çıxarılan hökm də eynidir. Bizi iki nəfər kimi deyil bir nəfər kimi nəzərə alırlar. Belə baxanda iki il həbs veriblər. Ağayi Fərşinin təcrübəsi məndən çoxdur və məndən daha geniş fəaliyyəti olub. Hətta hökmdə yazılıb ki, mən də plakat tutmuşam. Ancaq belə olmayıb Mən sadəcə “Türk dilində mədrəsə” şuarı səsləndirmişəm.
Sual: Mücahidlərlə əlbir olmağınız da ittihamlar da öz əksini tapıb. Düzdü məhkəmədə rədd olundu bu ittiham. Necə oldu bu ittihamı irəli sürdülər?
Cavab: Məktubda da yazmışam ki, mən bir xanımla tanışlığıma görə bu ittiham irəli sürülüb. Ancaq heç o xanımın da mücahit olması sübut edilməyib. Çünki əgər o xanım özü mücahid olsaydı, 20 milyon tümən vəsiqə ilə onun zaminə buraxılması mümkün olmazdı. Məni isə 50 milyon vəsiqə ilə zaminə buraxıblar. Necə ola bilər ki, Xalqın Mücahidlərinin üzvü olan bir qadını, onunla tanışlıqda ittiham edilən bir qadından daha az pulla zaminə buraxırlar. Ona 6 ay həbs vermişdilər, ancaq mənə o xanımla tanış olduğum üçün ittiham irəli sürürlər ki, xanım vasitəsi ilə məndə onlarla əlbirəm. Mənim haqqımda isə bir il həbs qərarı çıxarırlar. Məncə mənə qarşı ittihamların irəli sürülməsi və mənim bir il həbsə məhkum olmağım Ağayı Fərşiyə təzyiq göstərmək məqsədi daşıyır. Onlar bu yolla onu məcbur etmək istəyirlər ki, özünə qarşı irəli sürülən ittihamları qəbul etsin fəaliyyətlərini azaltsın.
Sual: Sizin məhkəməniz açıqmı keçib yoxsa bağlımı? Vəkiliniz də məhkəmədə iştirak edibmi?
Cavab: Məhkəmə bağlı keçib. Biz və vəkilimiz məhkəmədə iştirak etmişik. Ancaq məhkəmə prosesi çox tələsik başa çatdı. Hakim tezliklə qərar qəbul etdi. Vəkilimizin bizi müdafiyə etməsinə, bizim ittihamlara cavab verməyimizə fürsət olmadı. Məhkəmənin hökmü bizim üçün şok oldu. Vəkilimiz də belə bir nəticə gözləmirdi. Baxmayaraq ki, vəkilimiz məhkəmədə iştirak edirdi, sorğu-sual zamanı onun mənim yanımda olmasına icazə verilmədi. Sorğu-sual ediləndə mən tək idim.